VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.

BAKU.WS BakiPost.az-a istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN-in A.Heydərov adına Respublika Hospitalına rəis təyin edilməsi ilə bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, hospitalın müalicə işləri üzrə rəis müavini, tibb xidməti polkovnik-leytenantı Babaxanov İsbi sözügedən vəzifəyə təyin olunub.

Məlumat üçün bildirək ki, o, 1999-cu ildən bu hospitalda çalışır. 

Qeyd edək ki, Arif Heydərov adına Respublika Hospitalının rəisi, tibb xidməti polkovniki Ramiz Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar bir neçə ay əvvəl təqaüdə göndərilib.
 
BAKU.WS