VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyanın Xəzər donanması qış dövrünə hazırlıqla bağlı yekun yoxlama elan edib. Sputnik Azərbaycan-ın Rusiya mediasına istinadla verdiyi məlumata görə, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev məlumat verib.

"Yoxlamalar çərçivəsində donanmanın hərbi hissələri və birləşmələri yüksək hərbi hazırlıq dərəcəsi ilə bağlı siqnal alıblar. Sözügedən siqnalı həmçinin Dağıstan Respublikasında yerləşən dəniz piyadaları batalyonu da alıb" — deyə o bildirib.

Mətbuat xidmətinin məlumatına görə, sahil hissəsində gəmi birləşmələri — "Tatarıstan" və "Dağıstan" raket gəmilərinin ekipajı, "Qrad Sviyajsk", "Uqliç", "Velikiy Ustyuq", "Volqodonsk" və "Mahaçqala" kiçik raket və artilleriya gəmiləri də yoxlanılır. Ekipajlar öz növbəsində yay üçün təyin olunmuş raket və artilleriya atəşindən buraxılış imtahanı verəcək. Bununla yanaşı, nəzarət məntəqələrindəki qruplar və postlar arasında əməkdaşlıq və informasiya mübadiləsi məsələləri, həmçinin bölmələr və qərargahların birgə hərbi fəaliyyətləri də nəzərdən keçirilib. Xəzər donanması son illərdə bir sıra yeni hərbi gəmilər alıb. Operativ birliklərin əsas nüvəsi 2015-ci ilin payızında Suriyaya uzaqvuran qanadlı raket zərbələri endirməklə hərbi yoxlamalardan keçib.

BAKU.WS