SİZİN REKLAM BURADA!
055 213 76 73



Kiyev şəhərinin meri Vitali Kliçko yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətindədir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko məlumat verib.

Səfirin sözlərinə görə, V.Kliçko artıq Bakı meriyasının dəvətini qəbul edib, səfərin dəqiq tarixi və gündəliyi üzrə hazırlıqlar gedir.
Səfir həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə Ukraynaya rəsmi səfər etmək niyyətində olduğunu bildirib.
"Hazırda səfərə hazırlıq, eləcə də hər iki ölkənin prezident administrasiyaları vasitəsilə razılaşma prosesi gedir. Azərbaycan prezidentini qəbul etməyə hazırıq", - deyə A.Mişenko vurğulayıb.
 
BAKU.WS