VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynlə təkbətək görüşü olub.
 
BAKU.WS xəbər verir ki, görüşdə 2015-ci ildə Məmnun Hüseynin Azərbaycana səfəri məmnunluqla xatırlanıb, Pakistan prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıdığını bildirilib.
 
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanla Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyətli mövqe göstərdikləri vurğulanıb. Söhbət zamanı regional təhlükəsizlik və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
 
Sonra görüş geniş tərkibdə davam etdirilib.
 
BAKU.WS