SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycan-İsrail əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib. Aviqdor Libermanın xarici işlər naziri kimi Azərbaycana səfəri xatırlanıb. İsrail Dövlətinin baş naziri Benyamin Netanyahunun ötən il Azərbaycana etdiyi uğurlu səfərindən danışılıb. Azərbaycan ilə İsrail arasında hərbi-texniki sahədə əməkdaşlığın məmnunluq doğurduğu vurğulanıb, bu sahədə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
 
BAKU.WS