SİZİN REKLAM BURADA!
055 213 76 73



ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri-Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüb.
 
BAKU.WS xəbər verir ki, görüşdə həmçinin ATƏT-in şəxsi nümayəndəsi Andjey kasprşik də iştirak edib.
 
Həmsədrlər nazirlərlə Azərbaycan və Ermənistan təmas xəttindəki vəziyyəti müzakirə edib. Onlar yenidən vurğulayıb ki, münaqişənin həlli yalnız sülh yolu ilə mümkündür. Həmsədrlər tərəfləri həm əməllərində, həm də ictimai bəyanatlarda təmkinli olmağa və əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırıb. Bundan başqa onlar həmsədr ölkələrin prezidentlərinin 2011-ci ilin mayında Dovildə keçirilən görüşündə səsləndirdiyi fikirləri xatırladaraq- Müharibənin ciddi itkilərə və Beynəlxalq ictimayət tərəfindən tənqidlərə məruz qalacağını bildiriblər.
 
Onlar vurğulayıb ki, problemin davamlı həllinə nail olmaq üçün nazirlər böyük çeviklik göstərməli və əhatəli danışıqları bərpa etməlidir.
 
Qeyd olunur ki, vasitəçilər mart ayında regiona səfər etmək niyyətindədir.
 
Aynur Ələkbərova
BAKU.WS