VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Ziya Məmmədov bu gün nazirlikdə olub və öz vəzifəsini icra edib. Sərəncama əsasən Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflər iki ay müddətində hazırlanıb prezidentə təqdim ediləcək. Yalnız bundan sonra nazirin aqibətinə aydınlıq gətiriləcək. Bundan başqa hər hansı bir açıqlama verə bilmərik"
 
Bunu ləğv edilən Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov BAKU.WS-ə açıqlamasında bildirib.
   
Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və YüksəkTexnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksəktexnologiyalar naziri təyin edilib.
 
Aynur Ələkbərova
BAKU.WS