SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinlə görüşüb.
 
BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, görüşdə Belarusdan Azərbaycana ekstradisiya olunan bloger Aleksandr Lapşinlə bağlı məsələ müzakirə edilib.
 
Rusiya konsulunun yaxın iki gündə A. Lapşinlə görüşəcəyi gözlənilir.  "Məsələ ilə bağlı Rusiya və İsrail səfirliklərindən nota almışıq. Rusiya konsulu bu günlərdə Vyana Konvensiyasına uyğun olaraq Aleksandr Lapşinlə görüşəcək. Bu gün biz texniki məsələləri həll edəcəyik Səfirliyin onunla danışmaq imkanı olacaq. Mən artıq Rusiya səfiri ilə görüşmüşəm və məsələni müzakirə etmişik. Məsələ ilə bağlı hər hansı bir maneə görmürəm", - deyə E.Məmmədyarov bildirib.
 
BAKU.WS