SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvana Cənubi Qafqazdakı gərginliyi azaltmaqla bağlı çağırış edib.

Bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.

"Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və qarşılıqlı iddialar siyasi və diplomatik üsullarla həll edilməlidir. Regionda davamlı sülh və rifahın bərqərar olması üçün zəruri mexanizmlər, o cümlədən Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılıqlar var".

M.Zaxarova qeyd edib ki, Moskva regional problemlərinin həllinin tapılmasında, o cümlədən sərhədlərin müəyyən edilməsində kömək etməyə həmişə hazırdır.//report

BAKU.WS