055 213 76 73
BAKU.WS xəbər verir ki, bu barədə Travis Kalanik özü açıqlama verib. Buna səbəb Trampın müsaəlmanlara qarşı apardığı siyasət olub.
Kalanik bildirib ki, Trampın müsəlman ölkələri ilə bağlı imzaladığı sərəncamı insanları incidib. Bundan sonra sosial şəbəkələrdə "uberisil" aksiyasına start verilib. Nəticədə minlərlə "Uber" istifadəçisi tətbiqi mobil telefonlarından silib.
Qeyd edək ki, "Uber" dünyanın ən böyük taksi şirkətidir. 2009-cu ildə yaradılan bu şirkət 60 dan çox ölkədə eləcə də Azərbaycanda fəaliyyət göstərir. 2014-cü ildə "Silicon Valley"də ən çox investisiya alan şirkətolan "Uber" 1.2 milyard dollarlıq yatırım ilə şirkətin ümumi dəyəri 40 milyard dolları keçməyə müvəffəq olub.
Aynur Ələkbərova
BAKU.WS