SİZİN REKLAM BURADA!
055 213 76 73


ADA Universitetində BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Gender və iqlim fəaliyyəti: qadınlardan qadınlar üçün həll yolları” mövzusunda tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva iştirak edib.

“BMT iqlim dəyişikliyi, davamlı inkişaf və gender bərabərliyi ilə bağlı mühüm işlər görür. Biz qadınların iqlim dəyişikliyi ilə mübarizədə, bu istiqamətdə layihələrin hazırlanmasında və həyata keçirilməsində daha fəal iştirakını görmək istəyirik”, - o bildirib.

O vurğulayıb ki, 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində BMT nümayəndəliyi iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı təkliflər verəcək mütəxəssisləri Azərbaycana dəvət edəcək: “COP29 bu məsələləri işıqlandırmaq üçün ideal platforma olacaq. Gəncləri mübarizəmizə cəlb etmək də vacibdir”.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Milli Məclisin deputatı Nigar Arpadarai də məruzələrlə çıxış ediblər.

"Hazırda işğaldan azad edilmiş ərazilərdə “ailə mərkəzləri”nin yaradılması üzərində işləyirik. Bu mərkəzlərin yaradılmasında məqsəd ailələrlə, qadınlarla işləməkdir", - S.Qəhrəmanova qeyd edib.

BAKU.WS