SİZİN REKLAM BURADA!
055 213 76 73


Növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı fevralın 13-də Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, iclas saat 11:00-a təyin edilib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasda bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92,12 faizini toplayaraq qələbə qazanıb.

BAKU.WS