SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda siyahıda olan 6 milyon 478 min 623 seçici 6 mindən çox seçki məntəqəsində səs verəcək.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib:

“Seçicilər üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Seçki prosesinin əsas məqamı şəffaflıqdır. Ona görə 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib”.

MSK sədri əlavə edib ki, ümumilikdə 90 min 372 müşahidəçi qeydiyyatdan keçib və onların 790 nəfəri beynəlxalq müşahidəçidir: "109 beynəlxalq media qurumu iştirak edir. Onların 216 nümayəndəsi var".

BAKU.WS