SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə Böyük Millət Məclisində konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı dava düşüb.

BAKU.WS xəbər verir ki, insident müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri ilə hakim Ədalət və İnkişaf partiyasından (AKP) olan millət vəkilləri arasında düşüb. Belə ki, 3-cü maddənin müzakirəsindən sonra səsvermə başlayıb. Millət vəkilləri səs vermək üçün xüsusi kabinlərə doğru gediblər. Bu vaxt millət vəkilləri arasında qarşıdurma yaranıb və daha sonra yumruq davasına çevrilib.

Dava zamanı bir neçə millət vəkili yaralanıb.

Daha sonra isə maddə qəbul olunub. Dəyişikliklərə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilib, həmçinin yeni maddəyə əsasən bundan sonra hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməyəcəklər.
 
Aynur Ələkbərova 
BAKU.WS