SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Niderlanddakı səfirliyində ulu öndər Heydər Əliyevin vəfatının iyirminci ildönümü ilə əlaqədar klassik musiqidən ibarət konsert proqramı keçirilib.

Bu barədə Azərbaycan səfiri Rəhman Mustafayev sosial şəbəkədə bildirib.

“Bu gün biz Haaqa diplomatik korpusunun üzvləri ilə birlikdə Nərgiz Əliyarovanın ifasında Azərbaycan klassik musiqisindən ibarət gözəl konsert proqramı ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin parlaq xatirəsini ehtiramla yad etdik. Qonaqlarımıza və istedadlı pianoçumuza çox təşəkkür edirik”, - diplomat qeyd edib.

BAKU.WS