VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


 
Gürcüstanın müdafiə naziri Levan İzoriya və ermənistanlı həmkarı Viqen Sarkisyanla 2017-ci il üçün iki tərəfli hərbi müqavilə imzalayıb. 

BAKU.WS Vestikavkaza.ru-ya istinadən bildirir ki, V. Sarkisyan Ermənistanın müdafiəsi və təhlükəsizliyinin proitetləri ilə bağlı Tiflisdə baş tutacaq danışıqlarda iştirak edəcək.

Gürcüstanın müdafiyə naziri Levan İzoriyanın sözlərinə görə, imzalanan müqavilə gələn ilin müdafiə əlaqələrinin inkişafı üçün nəzərdə tutur. Tərəflər hərbi, təhsil, səhiyyə və qarşılıqlı şəkildə hərbi polisin təcrübəsini öyrənməyi planlaşdırır.

Onu da qeyd edək ki, Gürcüstanın müdafiə naziri azərbaycanlı həmkarı Zakir Həsənovla da oxşar müqavilə imzalayıb.
 
Orxan Muxtarlı
BAKU.WS