SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan edib. Ötən gün isə “Laçın” sərhəd-buraxılış məntəqəsində separatçı rejimin baş cinayətkarı, milyarder Ruben Vardanyan saxlanılaraq Bakıya gətirilib. Hərbi cinayətkarların saxlanılması Azərbaycanda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına necə təsir edəcək?

CBC TV bununla əlaqədar “Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidovdan münasibət öyrənib.

H.Həmidov xatırladıb ki, Qarabağı tərk edən ermənilər yerli və dünya mediasına verdikləri müsahibələrində bir ağızdan könüllü şəkildə getmək istədiklərini, Azərbaycan tərəfinin onları qovmadıqlarını bəyan ediblər:

“Onları hansısa səbəbdən öz xuntaları qovur. Bu sürgün, etnik təmizləmə təəssüratı yaratmaq üçündür. Yəni bir ovuc faşist, dinc əhalini idarə edib. Lakin Azərbaycan xalqına qarşı hərbi cinayətlərə görə məsuliyyət daşıyanlar layiq olduqları cəzanı alacaqlar”.

O, bu cinayətkarların, quldurbaşıların, separatçıların hər birinin saxlanılacağını və onları Ruben Vardanyanla eyni taleni gözlədiyini bildirib.
“Bundan sonra reinteqrasiya prosesinin daha sürətli gedəcəyinə əminəm. Biz görürük ki, Qarabağda yaşayan ermənilərin bəziləri doğrudan da qalıb bizim ölkənin vətəndaşlığını almaq istəyirlər. Çoxları bu haqda açıq danışır. Ancaq hamısı deyil. Quldurlar olmayanda və insanların qorxusu aradan qalxandan sonra istəyənlər qalıb, bu barədə rahat danışacaqlar”, - deyə o vurğulayıb.

“Global Media Group”un media direktoru həmçinin cinayətkar xuntanın cinayətdən yayınmaq məqsədilə erməni sakinləri Qarabağı tərk etməyə məcbur etməsinə, həmçinin Rusiyanın bəzi erməniyönümlü xadimlərinin Rusiyanı Vardanyanın arxasında durmağa çağırmalarına da münasibət bildirib.

Daha ətraflı CBC TV-nin videomaterialında:

BAKU.WS
VİDEO