SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri yalnız erməni silahlı birləşmələrinin qanuni hərbi hədəflərinə yönəlib”.

Bunu “BBC News”a müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.

Onun sözlərinə görə, bu tədbirlər zamanı Qarabağın dinc əhalisi arasında itkilərin olmaması üçün bütün səylər göstərilib.

“Lokal antiterror tədbirləri ildırım sürəti ilə həyata keçirilib, bir sutkadan da az davam edib. Hadisələr Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki qanuni hərbi hədəflərinə yönəlib”, - Əmirbəyov qeyd edib.

BAKU.WS