SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin və Rəisi Qarabağ ətrafındakı vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

Rusiya prezidenti iranlı həmkarına rusiyalı sülhməramlıların fəaliyyəti, o cümlədən Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması, mülki şəxslərə humanitar yardımın göstərilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

BAKU.WS