SİZİN REKLAM BURADA!
055 213 76 73


“Kreml ABŞ-nin Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, jurnalistin Qarabağ nizamlanması üzrə ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi Rusiya ilə bu mövzuda təmasların olub-olmadığı barədə sualını cavablandırıb.

“Xeyr, biz hələlik burada heç bir konkretlik görmürük. Bundan başqa, hər hansı missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər”, - deyə o vurğulayıb.

Peskov qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini mövcud mandata uyğun olaraq davam etdirmək niyyətindədirlər.//oxu.az

BAKU.WS