SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yayılan bu məlumatı qəti surətdə təkzib edirik.

Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır.

BAKU.WS