SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkətinin Emal və Neft-Kimya bölməsinin və "Petkim Petrokimya Holding"in Baş direktoru vəzifəsinə təyinat olub.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu vəzifə Kənan Mirzəyevə həvalə edilib. Bundan öncə Kənan Mirzəyev şirkətin strategiya üzrə baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, "SOCAR Türkiyə"nin Emal və Neft-Kimya bölməsinin rəhbəri və "Petkim Petrokimya Holding"in Baş direktoru Anar Məmmədov olub. O, iyulun 28-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəmcama əsasən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

BAKU.WS