SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir”.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib.

“Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yük daşıyan gəmilərin sayı bu gün ildə altı gəmidən 10-15 gəmiyə qədər artacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

BAKU.WS