SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənislli şəxslərə göndərdiyi ərzaq dolu yük maşını hələ də Bərdədə gözləyir.

"Report"un Qərb bürosunun məlumatına görə, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qırmızı Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən göndərilən yardım daşıyan TIR hələ də Bərdə şəhərindədir.

Qeyd edək ki, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları 1 ədəd TIR tipli nəqliyyat vasitəsinə yüklənərək göndərilib.

BAKU.WS
QALEREYA