SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri və strateji müttəfiqlik regionda təhlükəsizlik və inkişafın təminatıdır".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə tvitter hesabında yazıb.

O, iyulun 31-də Azərbaycan xarici işlər Ceyhun Bayramovla birlikdə Türkiyəyə səfər etməkdən məmnunluğunu bildirib.

Qeyd edək ki, C.Bayramov dünən Ankarada rəsmi səfərdə olub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan və digər rəsmilərlə görüşüb.

BAKU.WS