SİZİN REKLAM BURADA!
055 213 76 73


“Hələ dəqiq bilinmir, nə baş verib”.

BAKU.WS xəbər verir ki, bu sözləri “Qaynarinfo”ya Surət Hüseynovun Kamran adlı kürəkəni bildirib.

Onun sözlərinə görə, Surət Hüseynov hazırda İstanbulda xəstəxanaların birindədir:

“Onun reanimasiyada olduğu bildirilir. Hələ ki oraya gedib çıxan olmayıb. Ona görə də dəqiq heç nə deyə bilmərik. Deyirlər, komaya düşüb”.

Surət Hüseynovun kürəkəninin sözlərindən belə anlaşılıb ki, keçmiş baş nazirin səhhəti qəfil pisləşib. Çünki onun səhhətində problemlərin olduğu müşahidə olunmayıb.

“Vallah, bilinmir, qəfil olub, deyəsən. Bir oraya gedək çıxaq, ondan sonra dəqiq biləcəyik. Hələlik heç nə deyə bilmirik”, - Surət Hüseynovun kürəkəni söyləyib.

***14:24

Sürət Hüseynov komaya düşüb.

Bu barədə qaynarinfo-ya sabiq baş nazirin yaxınları məlumat veriblər.

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

***13:57

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

Bu barədə Gununsesi.info-ya Surət Hüseynovun yaxınları bildiriblər.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.

BAKU.WS