SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib.

Bu barədə Azərbaycan xarici siyasət qurumu xəbər yayıb.

Bildirilir ki, görüş XİN rəhbərinin Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ilə yanaşı, Moskva və Bakı arasındakı münasibətlər və regional məsələləri müzakirə ediblər.

BAKU.WS