SİZİN REKLAM BURADA!
055 213 76 73


Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Əlamətdar gün münasibətilə müdafiə nazirinin təbriki şəxsi heyətə çatdırılıb.

Çıxış edənlər hərbi hissənin yaranma tarixindən, Vətən müharibəsində keçdiyi döyüş yolundan və qarşısında duran vəzifələrdən danışıblar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində Ordumuzun döyüş qabiliyyətinin daha da artırıldığı diqqətə çatdırılıb.

Bildirilib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində azad edilmiş ərazilərdə yerləşən bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması üçün mühüm addımlar atılır.

Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Tədbirin bədii hissəsində vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri təqdim olunub.

BAKU.WS
QALEREYA