SİZİN REKLAM BURADA!
055 213 76 73


Bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq.

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

O zaman Ermənistanın Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb: “Biz unutmamalıyıq ki, hətta İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistanın, cəmiyyətin və hətta hökumətin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır”.

BAKU.WS