SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam verib.
 
BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: 

"4-cü bəndə "19 yaşdan” sözlərindən sonra "("B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə)” sözləri əlavə edilsin.

5-ci bənddən ", "CE” və "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini” sözləri çıxarılsın.

Aşağıdakı məzmunda 5-1-ci və 5-2-ci bəndlər əlavə edilsin:

"CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan ("C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);

"D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);”.

Digər bir dəyişikliyə əsasən "DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaş (65 yaşadək və "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə) olaraq müəyyən edilib. 

BAKU.WS