SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ermənistanın dağ-mədən sənayesi Cənubi Qafqaz regionunu ciddi ekoloji fəlakətlə üz-üzə qoyub".

BAKU.WS xəbər verir ki, bu fikir Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə bu ölkənin baş naziri Nikol Paşinyana ünvanladıqları açıq məktubda əksini tapıb.

Azərbaycan QHT-ləri beynəlxalq standart və prinsipləri nəzərə alaraq Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertlər, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatları üçün açılmasını, yerində müəssisələrə baxış keçirilməsini, qiymətləndirmə və monitorinq aparılmasını, müvafiq nümunələr götürülməsini, ölçmə işləri edilməsinə tam şərait yaradılmasını tələb edirlər.

"Həmçinin tövsiyə edirik ki, güvən, inklüzivlik və ortaq məsuliyyəti gücləndirmək üçün dialoq və məsləhətləşmələr üçün əlverişli müvafiq platformalar yaradasınız. Mədən sənayesində şəffaflıq və hesabatlılığı təmin edərək, zəruri islahatlar həyata keçirib və hasilat sənayesi ilə bağlı vaxtında, etibarlı və hərtərəfli məlumatların açıqlanmasını təmin etmək üçün siyasi iradə və liderlik nümayiş etdirəsiniz.

Biz Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regionumuza, planetimizə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırırıq", - məktubda bildirilib.

BAKU.WS