SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Londonda görüşüblər.

Ukraynanın Bərpası Konfransı çərçivəsində bir araya gələn Hakan Fidan və Blinkenin müzakirə etdiyi məsələlər arasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması mövzusu da olub.

Görüşdə eləcə də Ukraynadakı vəziyyət, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr müzakirə mövzusu olub.

Bir daha qeyd edək ki, müzakirələr Ukraynanın yenidən qurulmasına dair ikigünlük beynəlxalq konfrans çərçivəsində baş tutub.

BAKU.WS