SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bu gün baş tutacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı paylaşım edib.

“Hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın yolunu gözləyirik. Qardaşların böyük görüşü və qucaqlaşması bu gün gerçəkləşəcək”, - Cahit Bağçı yazıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə mətbuatında R.T.Ərdoğanın Azərbaycana dövlət səfərinin sabah (iyunun 13-də) təşkil olunacağı qeyd olunurdu.

BAKU.WS