SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan Prezidenti İlham Əliyev Siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 7,1 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmələri tapşırılıb.
 
BAKU.WS