SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron DYP Şöbəsində baş inspektor vəzifəsində çalışan polis mayoru Vüsal Qələndərovun Binəqədi DYP Şöbəsinə rəis təyin edilməsi barədə məlumat doğru deyil.

V.Qələndərov müvafiq əmrlə Binəqədi rayon Polis İdarəsinin DYP Şöbəsinə inzibati təcrübə üzrə baş inspektor vəzifəsinə təyin edilib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən təsdiq ediblər.

***18:08

Abşeron Rayon Polis İdarəsində yeni kadr təyinatı olub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Rzayev Orxan İlqar oğlu Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

BAKU.WS