SİZİN REKLAM BURADA!
055 213 76 73


Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Vüsal Əmrahov Şamaxı RPŞ-nin rəisinin xidmət üzrə müavini təyin edilib.

O, bundan əvvəl həmin şöbənin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində işləyib.

BAKU.WS