SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycana səfərim zamanı Ağdamda olduq. Burada erməni işğalından azad edildikdən sonra yenidən tikilməkdə olan məşhur məscidə baş çəkdik. Məscid işğal zamanı ermənilər tərəfindən donuz və mal-qara saxlamaq üçün istifadə edilib”.

Bu barədə Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən tvitterdə yazıb.

O, qeyd edib ki, Ermənistan silahlı qüvvələri Qarabağ bölgəsini tərk etməmişdən əvvəl 1 milyondan çox mina basdırıblar:

“Böyük Britaniya minalardan təmizləmə proqramına yardım edir. Budur, Ağdamın ərazilərindən birində bir neçə cəsur adam minaları əllə təmizləyir. İndi cəsur insanlar onları təmizləyirlər ki, işğaldan azad edilmiş ərazilər yaşayış binaları və kənd təsərrüfatı üçün istifadə olunsun.

Ağdamda minatəmizləmə sahəsində tapılan minaların nəzarətli şəkildə partlaması həyata keçirilir. Minaların harada yerləşdiyinə dair heç bir xəritə yoxdur. Bu minalara görə 300 dinc sakin həyatını itirib”.

BAKU.WS