SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycanlılar pikapla danışıqlar aparmaq üçün bizim mövqelərimizə yaxınlaşıblar".

BAKU.WS Erməni mətbuatına istinadən xəbər verir ki, bunu aprelin 12-də jurnalistlərə müsahibəsində deputat Armen Xaçatryan deyib.

"Azərbaycanlıların pikap maşını danışıqlar aparmaq üçün bizim mövqelərimizə yaxınlaşıb. Biz də buna qarşılıq olaraq silahla cavab verdik. Bundan sonra əməliyyatlar başlayıb”, - deyə Xaçatryan əlavə edib. Erməni deputat bununla dünənki təxribatın ermənilər tərəfindən törədildiyini birbaşa olaraq etiraf edib. 

Qeyd edək ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bildirilib ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

BAKU.WS