SİZİN REKLAM BURADA!
055 213 76 73



Dağlıq Qarabağın işğaldan azad olunması üçün əlverişli şərait yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AzMDEP) yaydığı bəyanatda bildirilir. 

Sənəddə deyilir ki, 20 il ərzində aparılan sülh danışıqlarından fərqli olaraq bu ilin aprel ayında Azərbaycan Ordusu tərəfindən uğurla aparılmış anti-terror və anti-işğalçı əməliyyatlar siyasi, hərbi və mənəvi baxımdan öz effektliyini göstərdi. Digər tərəfdən, aparılmış anti-terror əməliyyatları erməni işğalçılarını və onların havadarlarını çıxılmaz durumda qoydu. Beləliklə, gerçəklik bir daha təsdiq etdi ki, yalnız hərbi əməliyyatların torpaqlarımızın işğalçılardan və terrorçulardan azad edilməsinin yeganə yoludur.

Müəllif hesab edir ki, dünyada və bölgədə baş verən siyasi-hərbi proseslər, üçüncü tərəfin ermənilərə birbaşa hərbi əməliyyatlarla dəstək verəcəyini istisna edir. Bu fürsət yalnız indi, Yaxın Şərqdə ABŞ və Rusiyanın qarşıdurmasının artdığı bir zamanda müvəqqəti olaraq yaranıb. Azərbaycan tərəfi bu şansdan yararlanıb torpaqlarımızın erməni işğalçılarından azad edilməsi üçün total hərbi əməliyyatlara başlamalıdır.

AzMDEP bununla əlaqədar Azərbaycanda mülki müdafiənin təcili olaraq təkmilləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsini, mülki əhali arasında  hava və raket hücumundan müdafiə, yerli könüllü zərbə dəstələrinin yaradılması istiqamətində təlimlərin keçirilməsini tələb edir.

AzMDEP bildirir ki, beynəlxalq anti-türk və ermənipərəst qüvvələrin öz aralarında dayanmadan artan gərginlik fonunda, torpaqlarımızın düşməndən azad edilməsini təmin edəcək hərbi əməliyyatların başlanılması düşmənlərimizi və onların havadarlarını "seyt-not” durumunda qoyaraq düşmən üzərində qələbəmizi qaçılmaz  edəcək.
 
ƏLİ
BAKU.WS