SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

1. 1.1-ci bənddə “ölkə daxilində və ölkə xaricində” sözləri “görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və” sözləri ilə əvəz edilib.

2. Aşağıdakı məzmunda 3.2.10-1-ci yarımbənd əlavə edilib:

“3.2.10-1. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin razılığı ilə publik hüquqi şəxs yaratmaq;”.

3. 3.2.11-ci yarımbəndə “nəşrlər buraxmaq” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası Prezidentinin razılığı ilə media subyekti təsis etmək” sözləri əlavə edilib.

BAKU.WS