VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistana getməmək üçün "soyuqlayıb”. 
 
BAKU.WS-in məlumatına görə, bu sensasion xəbəri nüfuzlu Reuters agentliyi yayıb. Agentlik Nazarbayevin xəstələnməsi haqda xəbəri "diplomatik  soyuqdəymə” adlandırıb. Qeyd edək ki, bu gün Qazaxıstan KİV-i 79 yaşlı Nursultan Nazarbayevin xəstələnməsi haqda xəbər yayıb. Qazax politoloq Aidos Sarim isə Nazarbayevin İrəvanda keçiriləcək KTMT-nin iclasında iştirak etməmək üçün belə bir addım atdığını deyib.
 
Reuters yazıb ki, İrəvanla rəsmi Astana arasında münasibətlər Azərbaycanla Ermənistan arasında bu ilin aprel ayında baş tutmuş aprel müharibəsi zamanı gərginləşib. Nazarbayev o zaman İrəvanda baş tutmalı olan Gömrük İttifaqının sammitinin ləğv edilməsini tələb etmişdi. İrəvanda Nazarbayevin bu addımı qəzəblə qarşılanıb. Ermənilər KTMT üzvü olan Qazaxıstanın Azərbaycana dəstək verməkdə ittiham edilib. 
 
Azad Əliyev 
BAKU.WS