SİZİN REKLAM BURADA!
055 213 76 73


Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolako fevralın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov, Azərbaycan-Rumıniya dostluq qrupunun rəhbəri Azay Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

BAKU.WS