VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə başsağlığı verib. 

BAKU.WS xəbər verir ki, o, bu barədə şəxsi tvitter hesabında paylaşım edib. 

"Təəssüflər olsun ki, səhəri qardaş Türkiyədən dəhşətli xəbər ilə açdıq. Türkiyənin cənub-şərq bölgəsində baş vermiş zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm! Başın sağ olsun, Türkiyə", - Muxtar Məmmədov bildirib.

BAKU.WS