SİZİN REKLAM BURADA!
055 213 76 73


"Terror aktını törədən tərəf bu gün gərgin səviyyədə olan Azərbaycan-İran münasibətlərini daha da gərginləşmək istəyən qüvvələr də ola bilər".

Bu sözləri BAKU.WS-ə açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Deputat vurğulayıb ki, Azərbaycanın İrandakı səfirliyində baş vermiş hadisə birmənalı şəkildə terror aktıdır:

"Əgər burada Kalaşnikov avtomatından istifadə olunursa həmin terrorçunun məqsədi insanları öldürmək idi. Nəticədə 1 nəfər şəhid olub, iki nəfər isə yaralanıb. Zənnimcə bu barədə ciddi araşdırmalar aparılmalı və araşdırmalarda Azərbaycan tərəfi də iştirak etməlidir. Terror aktını törədən tərəf bu gün gərgin səviyyədə olan Azərbaycan-İran münasibətlərini daha da gərginləşmək istəyən qüvvələr də ola bilər. Burada Ermənistan amili istisna edilmir. Birmənalı olaraq hadisə ciddi şəkildə araşdırılmalıdır. Ortaya ciddi faktlar qoyulmalıdır. Hətta İranın ölkəmizdəki Səfirliyi də ciddi mühafizəyə alınmalıdır. Eyni zamanda İran dövləti Azərbaycana hesabat verməlidir".

Banu Hüseynli
BAKU.WS