SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan kədərləndim”.

BAKU.WS xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon tvitterdə yazıb.

O, Azərbaycan xalqına, Xarici İşlər Nazirliyində çalışan diplomatlara və silahlı hücumda həlak olan mühafizəçi Orxan Əsgərovun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər isə yaralanıb.

BAKU.WS