SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin (XİN) yüksək səviyyəli rəsmiləri ilə görüşüb.

Hikmət Hacıyev bu barədə tvitter hesabında paylaşım edib.

Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Noun və səfir, XİN-in baş direktorunun müavini, strateji məsələlər şöbəsinin müdiri Coşua Zarka ilə görüşüb.

"Nobel Qardaşlarının Ev-Muzeyində Aliza Bin Noun və Coşua Zarkanı salamlamağa və ölkələrimiz arasında ikitərəfli tərəfdaşlıq, qarşılıqlı maraq doğuran regional məsələlər barədə geniş müzakirə aparmağa məmnunam", - deyə Hikmət Hacıyev qeyd edib.

H.Hacıyev bildirib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək.

BAKU.WS