VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum baş tutmuş hesab edilir.

Azərbaycan Seçki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 153-cü maddəsində göstərilən məsələlər üzrə referendumda vahid seçici siyahısında olan seçicilərin 25 faizdən azı iştirak etdikdə referendum baş tutmamış sayılır.

Saat 12:00-a olan məlumata görə isə, vahid seçici siyahısında olan seçicilərin 30.6 faizi artıq səs verib. Bu isə referendumun baş tutduğunu göstərən amildir.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.
 
BAKU.WS