VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov barəsində şok iddia səslənib.

BAKU.WS xəbər verir ki, bu iddianı jurnalist Heydər Oğuz "Musavat TV"nin canlı efirində səsləndirib.

Onun sözlərinə görə, Xalq artisti Həsən Ağasoy il yarım bundan əvvəl işindən azad olunub. Buna səbəb isə onun "whatsapp" tətbiqində paylaşımı olub:

"Bu statusu uzaq başı 50 nəfər görərdi. Belə bir söz yazmışdı ki, "Yeyin, için, keyf edin, biz də acından ölək". Bu sözünə görə onu işdən çıxarmışdılar. Bundan sonra biz birgə mübarizə apardıq və işinə bərpa olundu. İşə bərpa olunmayana qədər onun adamları Xalq artistinə süpürgəçi işi təklif etmişdi".

BAKU.WS
VİDEO