VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən məhdud tərkibli iclasında Ermənistan prezidenti bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib.

Serj Sarkisyan bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu deyib.

Prezident İlham Əliyev isə ona sərt cavab verib.

Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus prezidenti Aleksandr Lukaşenko çıxış etməli olsa da, prezident İlham əliyev Belarus prezidentindən xahiş edib ki, ona danışmaq üçün imkan versin. Belarusun dövlət başçısının razılığından sonra çıxış edən prezident İlham Əliyev Serj Sarkisyana tutarlı və sərt cavab verib.

Prezident İlham Əliyev deyib ki, Ermənistan münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır. Onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu.

Dövlət başçısı Azərbaycanın sülh prosesinə sadiq olduğunu bəyan edib. Bildirib ki, rəsmi Bakı konstruktiv işləyir. "Minsk qrupu mövcuddur. Amma erməni tərəfi bu formatdan yalnız danışıqlar prosesinin sonsuz olması üçün istifadə edir. Onlar sülh istəmirlər. Onlar bizim ərazilərimizi daim nəzarət altında saxlamaq və hər yerdə Azərbaycanı bunda ittiham etmək istəyirlər ki, guya biz nəyisə pozuruq. Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir. Buna görə mən Ermənistan prezidentinin növbəti yersiz şikayətini nəzərə alaraq, bir daha bunları həmkarlarımızın diqqətinə çatdırmağı özümə borc bildim". - deyə prezident İlham Əliyev vurğulayıb.

Serj Sarkisyanın "Yalana cavab verməyin sadəcə mənası yoxdur" replikasına isə Azərbaycan prezidenti "Mən yalana artıq cavab verdim" sözləri ilə reaksiya verib.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS