VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Prezident İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfərini başa çatdıraraq Qusara gedib.

Dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, bu məkan rayon sakinlərinin və Qusara gələn qonaqların ən sevimli istirahət yerlərindən biridir.

***

Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də bu münasibətlə keçirilən mərasimdə iştirak edib.

***

Ölkə başçısı sentyabrın 8-də Qusar rayonunun Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışını edib.

Dövlət başçısı məktəbin binasının əvvəlki və indiki vəziyyətini əks etdirən stendlərə baxıb.

Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
 
BAKU.WS